Gədəbəydə maşın aşdı, 8 nəfər yaralandı

23:52 09.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Gədəbəydə yol-nəqliyyat hadisəsi baş verib.

 

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Saratovka kəndində qeydə alınıb.

 

Toyota markalı minik maşını idarəetmədən çıxıb və aşıb. Qəza zamanı səkkiz nəfər - 2008-ci il təvəllüdlü Musayev Aysel Vüqar qızı, 1987-ci il Məmmədova Aytəkin Həsən qızı, 1964-cü il təvəllüdlü Həsənova Çiçək İsmayıl qızı, 2008-ci il təvəllüdlü Musazadə Leyla Vüqar qızı, 1987-ci il təvəllüdlü Əsgərova Samirə Qəzənfər qızı, 1988-ci il təvəllüdlü Musayeva Vəfa Qəzənfər qızı, 2009-cu il təvəllüdlü Musazadə Fatimə Vüsal qızı və 2018-ci il təvəllüdlü Musayev Camal Vüsal oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.